Şriftin ölçüsü :

Saytın rəngi :

"9 noyabr -Bayraq günü" Mingəçevirdə də qeyd edildi.

09 noyabr 2019 | 16:00


Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da  Mingəçevirdə Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olundu. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, daha sonra prospekti boyunca Bayraq meydanına qədər irəliləyərək əllərində tutduqları müqəddəslik rəmzi olan bayrağımızı tədbirin keçirildiyi meydana gətirdilər. Burada şəhər ictimaiyyətinin nümayəndələri, qonaqlar və şəhər sakinləri yürüş iştirakçılarını alqışlarla qarşıladılar. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri, o cümlədən ali, orta ixtisas və ümumtəhsil orta məktəblərinin müəllim, şagird, tələbələri, mətbuat və KİV-nin təmsilçiləri iştirak edirdilər.
Dövlət Bayrağı Günü münasibətilə təşkil olunmuş tədbirdə şəhər musiqi məktəblərinin, incəsənət ustalarının, uşaq gənclər və inkişaf mərkəzinin nümayəndələri öz məharətlərini nümayiş etdirdilər. Maraqlı kompozisiyalar göstərməklə Dövlət Bayrağına həsr olunmuş şeirlər, mahnı və rəqslər ifa olndu. Azərbaycan bayrağının ədəbi-bədii kompozisiyalarla tərənnümü iştirakçılarda xoş ovqat yaratdı.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir təşkilatçıları ilə xatirə şəkilləri çəkdirdi.

Keçidlər