Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəllələrarası idman yarışlarına yekun vuruldu.

02 oktyabr 2019 | 16:00

Bir neçə gündür ki, şəhər İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi ilə birlikdə müxtəlif idman növləri üzrə məhəllələrarası şəhər birinciliyinə start vermişdilər. Yarışlarda 10 məhəllənin komandası iştirak edirdi. Müxtəlif məhəllələrdə təşkil olunan yarışlarda gənclər və yeniyetmələr öz qüvvələrini sınayırdılar. Oktyabrın 2-də 5 nömrəli MİS-in ərazisindəki idman meydançasında final yarışı  baş tutdu.
   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Gənclər və İdman İdarəsinin, eləcə də Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin məsul işçiləri final oyununda iştirak edirdilər.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə geniş çıxış edərək ölkədə idmanın kütləviliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən bəhs etdi və məhəllələrarası yarışların əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu gün 5 nömrəli MİS-in ərazisində təşkil olunan final oyunu bir daha göstərir ki, burada insanların istirahəti üçün hər cür şərait yaradılmış, yeni idman qurğuları quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. İlham İsmayılov yarışlarda iştirak edən bütün idmançılara öz minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar aruladı. Bu cür yarışların mütəmadi keçirilməsini məqsədəuyğun hesab etdi. Sonra qaliblərə mükafatlar təqdim olundu.

   Sonda Xatirə şəkilləri çəkildi.

Keçidlər