Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirin ümumtəhsil ocaqlarında bilik günü böyük təntənə ilə qeyd olunub.

16 sentyabr 2019 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirin ümumtəhsil ocaqlarında da bilik günü böyük təntənə ilə qeyd olunub. Bu münasibətlə Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin direktoru Aidə İsmayılova yeni dərs ilinin başlanması, bilik günü münasibəti ilə təbriklərini çatdıraraq qeyd etdi ki, ötən tədris ilində liseyimizi bitirən 55 məzunun 52 nəfəri tələbə adını alaraq ölkəmizin və başqa xarici dövlətlərin ali təhsil müəssisələrində oxumaq hüququ qazanıblar. Ölkəmizin prezidenti İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın təhsilimizə göstərdiyi diqqət və qayğını biz hər zaman hiss edirik və inanırıq ki, Azərbaycan təhsili bundan sonra da uğurlar qazanacaq.
   Mərasimində iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə başlanan təhsil islahatları ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni məktəblər tikilir, əsaslı təmir edilir. Gənclərin  yüksək təhsili üçün gözəl şərait yaradılır.  Dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə bir sıra islahatlar həyata keçirilir, regionlarda abadlıq quruculuq işləri genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Mən bu əziz gün münasibəti ilə bütün şagirdləri, xüsusilə birinciləri, valideynləri, müəllimləri ürəkdən  təbrik edir, hər birinizə uğurlar arzulayıram.
   Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə Bilik günü münasibətilə müəllimləri, valideynləri, məktəbliləri, xüsusilə birinciləri təbrik edərək uğurlar arzuladı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil inkişaf yoluna qədəm qoyan Azərbaycan təhsili ölkəmizin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurlar qazanır. Ölkəmizin hər yerində müasir məktəb binaları tikilir, əsaslı təmir edilir və yeni avadanlıqlarla təchiz olunur. Bütün bunlar Azərbaycanın gələcəyi olan bu günün məktəbliləri üçündür. Azərbaycanın layiqli övladı olmaq üçün siz daim oxumalı, öyrənməlisiniz, hər birinizə bol-bol uğurlar arzulayıram.

Keçidlər