Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti bir qrup gənc könüllülərlə görüş keçirdi.

06 avqust 2019 | 16:00

Avqustun 6-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Könüllülük fəaliyyəti haqqında”  Azərbaycan Respublikasının qanununa müvafiq olaraq növbəti bir qrup gənc könüllülərlə görüş keçirdi.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, könüllülük fəaliyyəti gənclərin potensialından daha səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmağa, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmağa, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməyə müsbət təsir edir.
   Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllü fəaliyyətə başlayan gəncləri təbrik etdi və onları maraqlandıran suallara aydınlıq gətirdi.

Keçidlər