Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərinin tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olundu.

14 iyun 2019 | 16:00

14 iyunda Mingəçevir şəhərinin tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olundu. 14 nömrəli tam orta məktəbin Son zəng tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, şəhər təhsil şöbəsi rəhbərliyi, məktəbin müəllimləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. 
   Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək, 2018-2019-cu tədris ilinin başa çatması münasibəti ilə buraxılış sinif şagirdlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Ölkədə və Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi. Yeni dərs ilinədək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievin və Heydər Əliyev Fondunun prezidenti, birinci vitse prezident Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı ilə  Mingəçevirdə daha 3 məktəbin əsaslı təmirdən çıxarılacağını bildirdi.
   Son zəng tədbiri şagirdlərin ifasında maraqlı konsert proqramı ilə davam etdi.

Keçidlər