Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə növbəti "Abad məhəllə" yaradıldı.

29 may 2019 | 16:00

Mingəçevir bələdiyyəsi “Aran” məhəllə komitəsinin müraciətini nəzərə alaraq, 20 Yanvar küçəsindəki 18, 20 və 22 №-li binaların qarşısındakı boş ərazidə “Abad məhəllə” layihəsini həyata keçirdi. Yaradılmış “Abad məhəllə” səliqə-səhmana salınaraq sakinlərin ixtiyarına verildi. Məhəllədə futbol və basketbol meydançası tikildi, uşaqların əylənməsi üçün idman qurğuları, kölgəlik, söhbətgah və oturacaqlar quraşdırıldı.
   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Abad məhəllə”yə baxış keçirdi. Şəhər rəhbəri İlham İsmayılov sakinləri təbrik etdi və bildirdi ki, dövlət başçısının tapşırığına əsasən bütün məhəllələr abadlaşdırılacaq, hər yerdə abadlıq-quruculuq işləri aparılacaqdır. Hazırda şəhərimizin müxtəlif güşələrində bu işlər görülür.

Keçidlər