Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul edib.

02 may 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən Mərkəzi İcra Hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul edib.
   Qəbuldan öncə “Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirib, Heydər Əliyev Mərkəzi ilə  tanış oldular.

Keçidlər