Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

24 aprel 2019 | 16:00

Aprelin 24-də Texniki Humanitar liseyində keçirilən səyyar görüş Üzeyir Hacıbəyov küçəsindəki 76, M.Maqomayev prospekti 75,77, Rəsul Rza küçəsi 16, Şəhriyar küçəsi 5 saylı binaların sakinlərini əhatə edirdi. Görüşü açan şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən hər bir səyyar görüş vətəndaşları narahat edən problem və çətinliklərin həlli istiqamətinə yönəlib. Şəhər rəhbəri qeyd etdi ki, dövlət başçısının imzaladığı müvafiq Sərəncamlarla həyata keçirilən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları çərçivəsində ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də genişmiqyaslı quruculuq işləri reallaşır. Sakinlərin sosial-rifah halının yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir.

    Görüşdə sakinlər onları narahat edən: şəhərarası nəqliyyat xidmətinin fəaliyyətinə dəyişiklik olunması, yağışlı günlərdə mənzillərə su damması, binanın zirzəmisində olan çirkab suyun anti-sanitar vəziyyət yaratması, bina qarşısındakı qurumuş ağacların budanmaması, yaşıllığın suvarılması, bina qarşısındakı oturacaqların sıradan çıxması, məişət tullantıları daşıyıcılarının vaxtlı-vaxtında gəlməməsi kimi məsələləri diqqətə çatdırdılar.

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan hər bir problemin həlli istiqamətində tədbirlər görüləcəyini bildirərək, görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər