Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olan Adil Adilzadənin ailəsi ziyarət edilib.

11 aprel 2019 | 16:00

Aprelin 11-də şəhid Adil Adilzadənin vəfatından 3 il keçdi. Aprel döyüşlərində öz şücaəti ilə tanınan, düşmənə layiqli zərbələr endirən Adil Adilzadə təəssüf ki, bu gün aramızda cismən yoxdur. Şəhidin dəfn günü ilə əlaqədar olaraq şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti şəhər şöbəsinin rəisi polkovnik Şirvan Xasıyev, şöbənin məsul işçiləri, eləcə də ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri ilə görüşmüşlər. A.Adilzadənin ailəsinə dərin hüznlə başsağlığı verilmiş, şəhidin xatirəsinə ehtiram əlaməti olaraq dualar oxunmuşdur.

Keçidlər