Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə vətəndaşlara 3 min ağac tingi paylanılıb.

10 aprel 2019 | 16:00

“Bu yaz özün bir təbiət  yarat” devizi altında Ekologiya və  Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan yaz ağacəkmə kampaniyası  çərçivəsindəki aksiya aprelin 10-da Mingəçevirdə Müşfiq Mirzəyev adına Dostluq parkında  həyata keçirildi. Ağac əkilməsinin təşfiqi kampaniyasında vətəndaşlara 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları 3000-dən artıq müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri payladı.  Vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair  tövsiyyələr də verilmişdir.

Keçidlər