Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi

28 mart 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 20 Yanvar küçəsindəki 18, 20, 22 saylı binaların qarşısındakı ərazidə oldu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlərin əsas məqsədi  sizləri  narahat edən problemləri,  arzu və istəkləri, fikir və təklifləri öyrənmək, fəaliyyətimizi bu istiqamətdə davam etdirməkdir. Qeyd etdi ki, ötən illər ərzində şəhərimizdə abadlıq-quruculuq işləri genişlənmiş, küçə və məhəllələrdə, parklarda səliqə-sahman yaradılmışdır. İşıqlandırma sistemi müasirləşdirilmiş, bir sıra çoxmərtəbəli binaların dam örtükləri, fasadları əsaslı təmir edilmiş, Mingəçevirin bir sıra məhəllələrində nümunəvi şərait yaradılmışdır.

    Görüşdə sakinlərdən Şirəli Qasımov, Sərdar Heydəroğlu, Vurğun Əhmədov, Feruz Məmmədov, Arif Mahmudov onları narahat edən problemlərdən, sıradan çıxmış qazanxanaların təmir edilməsi, mənzillərə istilik sisteminin çəkilməsi, pəncərə çərçivələri və giriş qapılarının qoyulması, dam örtüyünün təmiri, ağacların sulanması, yaxınlıqdakı yarımçıq tikilinin təhlükə mənbəyi olması və 9 mərtəbəli binalarda mövcud olan zibil yeşiklərinin anti-sanitar vəziyyət yaratmasından  söz açdılar.

    Şəhər rəhbəri qaldırılan problemlərin həlli ilə bağlı idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər