Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır.

28 mart 2019 | 16:00

Son üç ayda Mingəçevir şəhərində yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır. 10 məhəllədə bu işlər yekunlaşıb. Hal-hazırda Naxçıvan küçəsindəki 42, Yadigar Mənsurov küçəsindəki 11, 13 və 15 nömrəli binaların kəsişdikləri məhəllədə də belə yenidənqurma işləri həyata keçirilir. Bu məhəllədə insanların məmnunluğunu təmin etmək üçün yaşıllıqlar salınır, oturacaqlar qoyulur və idman-əyləncə qurğuları quraşdırılır.

 

 

 

Sakinlərin arzularını nəzərə alaraq adları çəkilən binaların dəhlizləri əsaslı təmir olunur, pilləkanlar rənglənir, dəhlizlərə yeni qapılar qoyulur, sınıq süşələr yeniləri ilə əvəz olunur. Eyni zamanda binaların fasadları qaydaya salınır.

 

 

 

Məhəllədə səliqə-sahman işləri başa çatdırıldıqdan sonra bu qəbildən olan tədbirlər digər məhəllələrdə də davam etdiriləcək.

Keçidlər