Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər Xiyabanında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

26 fevral 2019 | 16:00

Fevralın 26-da Şəhidlər Xiyabanında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. XX əsrin ən dəhşətli cinayətlərindən olan bu faciə törədilən vəhşilik və amansızlığa görə bəşər tarixində misli görünməyən hadisələrdəndir. Şəhidlər Xiyabanına toplaşmış yüzlərlə mingəçevirli bu faciənin anılması məqsədilə bir araya gəlmişdi.
   Anım mərasimində şəhidlərin ruhuna dualar oxunduqdan sonra tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımız öz taleyinin ən ağır, acılı anlarını yaşadı və insanlığa qarşı ən qəddar, amansız terror hadisələrindən biri törədildi. Müasir silahlarla yaraqlanmış ermənilər bir neçə saat ərzində 613 nəfər soydaşımızı xüsusi amansızlıqla qətlə yetirdilər. Bu faciə yüz illər ərzində bədnam qonşularımızın xalqımıza qarşı yürütdükləri soyqırım və etnik təmizləmə siyasətinin davamı idi.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Mingəçevirdəki nümayəndəsi Göyüş Həsənov, YAP şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev, Texniki Humanitar liseyin tarix müəllimi Aytən Mehdiyeva çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşdülər. Tədbirdə Mingəçevir Turizm kolleci tələbələrinin ifasında Xocalıya həsr olunmuş ədəbi kompozisiya nümayiş olundu.
    Sonda soyqırım abidəsi önünə şəhər ictimaiyyəti nümayəndələri tərəfindən gül dəstələri qoyuldu.

 

 

 

 

Keçidlər