Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral “Gənclər günü” münasibəti ilə tədbir təşkil olunmuşdur.

31 yanvar 2019 | 16:00

     Hər il olduğu kimi bu il də ölkəmizdə gənclər günü böyük təntənə ilə qeyd olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər Günü əsl bayrama çevrilir. Bu da təsadüfi deyil. Ölkəmizin daha fəal, çevik və aparıcı qüvvəsi olan gənclərə dövlətimizin diqqət və qayğısı özünü göstərir. Ölkə rəhbərinin həyata keçirdiyi gənclər siyasəti ildən ilə möhkəmlənərək, xalqın rifah halının yaxşılaşmasına xidmət göstərir. Bunun nəticəsidir ki, gənclərimiz tutduqlları mövqelərdə daha işgüzar fəaliyyət sərgiləyir, vətənə, xalqa sadiqlik nümayiş etdirirlər.
     Yanvarın 31-də şəhərimizin “Ağ saray” hotelində Gənclər Günü münasibətilə təşkil olunan tədbir də bu baxımdan diqqəti cəlb edirdi. Başdan-başa səliqə-sahmanla bəzədilmiş hotelin ziyafət zalı gənclərin ixtiyarına verilmişdi. Şəhər Gənclər və İdman İdarəsi gənclər evinin yaradıcı kollektivi ilə birgə Gənclər Gününün daha maraqlı təşkili üçün bütün zəruri tədbirləri həyata keçirmişdi. Zalın giriş qapısı önündə Gənclər və İdman İdarəsinin və Gənclər Evinin nailiyyətlərini əks etdirən sənədlərdən ibarət, Mingəçevirin inkişafı və tərəqqisinə, Milli Ordumuzun qəhrəmanlıq şücaətinə, müxtəlif təqvim günlərinə və s. həsr olunmuş gənclərin əl işlərindən ibarət sərgi hazırlanmışdı. Qeyd etmək yerinə düşər ki, Gənclər Günü münasibətilə Gənclər və İdamn İdarəsinin və Gənclər Evinin təşəbbüsü ilə şəhərin müxtəlif sahələrində  100-dən artıq yaşıl tinglər əkilmişdir.
     Tədbirə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, təhsil müəssisələrinin, ictimaiyyətin rəhbərləri və nümayəndələri, KİV-in işçiləri dəvət olunmuşdular. Tədbirin aparıcıları qonaqları və iştirakçıları salamladıqdan sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi. Gənclərə xoş arzu və istəklərini çatdırdı. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev gənclərə böyük dəstək verir, onların daha fəal mövqe tutmaları üçün bütün imkan və vasitələrdən istifadə etməklə diqqət və qayğısını əsirgəmir. Ölkədə bir-birinin ardınca Olimpiya İdman Komplekslərinin, “Asan xidmət” mərkəzlərinin istifadəyə verilməsi buna əyani sübutdur. Milli Ordumuzun inkişafı və yüksəlişi, gənclərin ali və orta məktəblərdə təhsil səviyyələrinin artırılması üçün hərtərəfli şəraitin yaradılması, işsizliyin aradan qaldırılması məqsədilə, yeni-yeni müəssisələrin işə salımnası və burada gənclərin işə qəbuluna diqqətin artırılması gənclərə göstərilən qayğının təzahürüdür. Son vaxtlar Mingəçevirdə aparılan abadlıq-quruculuq işləri, gənclərin bu tədbirlərdə fəal iştirakı da böyük coşqu ilə vurğulandı.
     Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin ictimai həyatında fərqlənən bir qrup gəncə şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanını təqdim etdi. Tədbir şən musiqi sədaları altında gənclərin ifasında mahnı və rəqslərlə davam etdi.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər