Şriftin ölçüsü :

Saytın rəngi :

14 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verildi

04 yanvar 2019 | 16:00

Yeni ilin ilk günlərində şəhərimiz üçün yaddaqalan hadisələrdən biri o oldu ki, 14 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verildi. Tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə məktəbin foesində Ulu Öndər Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin fəaliyyətlərindən bəhs edən sərgilərlə tanış oldu. Sonra şəhər rəhbəri sinif otaqlarını gəzdi, yaradılan şəraitlə tanış oldu. Kimya, fizika kabinələri və labaratoriyaları, kompüter otağı, ibtidai sinif otağı, kitabxana, yeməkxana, idman zalı və digər tədris sahələri müasir avadanlıqlarla təchiz olunub.
    Müəllim və şagirdlərlə görüş zamanı İlham İsmayılov ölkə prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilimizin inkişafı məqsədilə gördüyü işlərdən danışaraq məktəblilərə tövsiyyələrini bildirdi: Sizin üzərinizə düşən əsas vəzifə oxumaq, vətənin ləyaqətli övladı olmaq üçün daim biliklərinizi zənginləşdirməkdir. Mən sizə uğurlar arzulayır və yaradılan şərait üçün prezidentimizə minnətdarlığımı bildirirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər