Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə uşaqların bayram şənliyində iştirak etdi

25 dekabr 2018 | 16:00

   Dekabrın 25-də Mingəçevir Dövlət Dram Teatrnda şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram şənliyi keçirilmişdir.
    Tədbirdə iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaqları təbrik edərək dedi ki, bu il əvvəlki illər olduğu kimi ölkəmiz üçün xoş hadisələrlə zəngin oldu. Ən əsası odur ki, ölkəmizdə ölkə başçısının həyata keçirdiyi düzgün siyasət nəticəsində ictimai-siyasi sabitlik, əminamanlıq hökm sürdü. Siz balaların normal yaşayışı üçün, normal istirahəti üçün hərtərəfli şərait yaradılıb. Bildiyiniz kimi dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva daim uşaqların qayğısına qalır, onların daha gözəl yaşaması üçün əllərindən gələni edirlər. Ölkəmiz günü-gündən inkişaf edir. Bu gün məktəbəqədər təhsil müəssisələri, eləcə də məktəblər əsaslı təmir edilir, yeni məktəblər, yeni uşaq müəssisələri inşa olunur. Şəhərimizdə də bu işlər davam etdirilir. Bütün bunlar bir məqsəd daşıyır, siz balalar daha yaxşı yaşayasınız, keyfiyyətli təhsil alasınız. Əziz balalar, gördüyünüz kimi Mingəçevir günü-gündən inkişaf edir. Sizlərin yaxşı istirahəti və əylənməsi üçün istirahət guşələri və parklar yaradılır. Yaradılan bütün gözəlliklər sizlər üçündür. Məktəbəqədər təhsil müəssisələri təmir olunur. Sizi əmin edirik ki, bundan sonra da bu işlər davam edəcək, sizin vətənimizin ləyaqətli övladı kimi formalaşmağınız üçün hər cür şərait yaradılacaqdır. Mən sizi mingəçevir şəhər İcra Hakimiyyəti adından qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edirəm. Hər birinizə cansağlığı arzulayıram, xoşbəxt olmağınızı arzulayıram. Valideynlərinizlə birlikdə gələcəyə doğru, Azərbaycanımızın ləyaqətli övladı kimi böyüməyinizi arzu edirəm. Bayramınız mübarək olsun.
      Tədbirdə uşaqlara yeni il hədiyyələri verildi. Sonda xatirə şəkli çəkildi.

 

 

 

 

 

 

 

 

Keçidlər