Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Yeni Azərbaycan Partiyasının üzvləri ilə görüşdü

21 dekabr 2018 | 16:00

      Dekabrın 21-də Yeni Azərbaycan Partiyası şəhər təşkilatının iclas zalında Yap şəhər təşkilatı fəalları ilə şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılovun görüşü olmuşdur. Görüşü giriş sözüylə açan YAP-nın sədri Cavanşir Yusubov ilk olaraq İlham İsmayılovu şəhər İcra Hakimiyyətinin başçısı seçilməsi münasibətilə şəhər təşkilatlarının üzvləri adından təbrik edərək ona xoş arzularını bildirdi. Qeyd etdi ki, İ.İsmayılov ilk təşkilatın fəal üzvü, şəhər təşkilatı sədrinin müavini kimi bu vəzifəyə layiqli namizəddir. Biz ona inanır və işində uğurlar arzulayırıq.
     Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ona göstərilən etimad üçün Azərbaycan Respublikasının prezidentinə və həmfikirlərinə minnətdarlığını bildirdi. Diqqətə çatdırdı ki, 33 ilə yaxındır bu şəhərdə yaşayır və Mingəçevirin inkişafı onun gözləri önündə davam etmişdir. Təyinat alarkən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşünü xatırladan icra başçısı Mingəçevirin yüksəlişində daim diqqət və qayğısı olduğunu bildirdi.
İ.İsmayılov qarşıda duran vəzifələrindən, görəcəyi bir sıra mühüm işlərdən bəhs edərək əminliklə vurğuladı ki, cənab prezidentin yaxından köməkliyi ilə nəzərdə tutulan bütün vəzifələr uğurla yerinə yetiriləcək.
     Yap şəhər təşkilatı fəallarından Əyyub Əyyubov, İranə Həsənova, Mircamal Məmmədova, Məmməd Cəfərov, Ramiz Kərimov, Mahir Eyyubov, Bəxtiyar Mustafayev, Ruhiyyə Hüseynova, Sahib Hüseynov, Məhərrəm Hüseynov və başqaları çıxış edərək şəhər İcra Hakimiyyəti başçısına yeni təyinatla əlaqədar olaraq xoş arzularını çatdırdılar, bir sıra maraqlı təklif və tövsiyyələrini bildirdilər.
     Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vuraraq partiya fəalları ilə sıx birləşməklə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə bir daha əminliyini bildirdi. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə iştirakçıları təbrik etdi.

 

 

 

 

Keçidlər