Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müxtəlif sahələr üzrə şəhər sakinlərinə xidmət edən idarələrin rəhbərləri ilə görüş keçirdi

21 dekabr 2018 | 16:00

  21 dekabr 2018-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müxtəlif sahələr üzrə şəhər sakinlərinə xidmət edən idarələrin rəhbərləri ilə görüş keçirdi. Şəhər rəsmisi ilk öncə tədbir iştirakçılarını salamlayandan sonra dünəndən bəri əhalinin müəyyən təbəqələri və ayrı-ayrı sahələrin işçiləri ilə görüşlər keçirdiyini dilə gətirməklə, bu işin yaxın günlərdə də davam etdiriləciyini söylədi. Dünən şəhər ağsaqqalları ilə, bu gün gənclərlə görüşdən sonra xidmət idarələri rəhbərləri ilə keçirdiyi təmasın sonrakı işlərin görülməsində hamı üçün önəmli olduğunu vurğuladı. 17 dekabr 2018-ci il tarixli ölkə prezidentinin sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin edilərkən ölkə rəhbərinin dilindən bir sıra tövsiyələr eşitdiyini və bu tövsiyyələrin sonrakı vaxtlarda əməli işlərə təkan verəcəyini vurğulayan şəhər rəhbəri, - “biz insanlara xidmət edirik, bunu hamı yadında saxlamalıdır-dedi. Ölkə prezidentinin Mingəçevir və mingəçevirlilər haqqında dediyi xoş kəlmələri də: “Ulu öndərimiz Heydər Əliyev Mingəçevir şəhərinə, onun sakinlərinə həmişə böyük diqqət göstərib. Mən də illərdən bəri onun bu önəmli diqqət və qayğısını davamlı olaraq təkrar edir və nur timsallı Mingəçevirin daha da inkişafı üçün əlimdən gələni edirəm.”
     Şəhərdə sənaye parkının yaradılmasını, “Asan xidmət”in tikilib istifadəyə verilməsini və növbəti ildə xalçaçılıq fabrikinin inşaasına başlanacağını deyən ölkə rəhbəri, bu addımımız şəhərdə işsizliyin minumuma endirilməsinə və əhalinin rifah halının yaxşılaşmasına xidmət edəcəkdir deyərək, mənə etdiyi tövsiyyələrin də əməli işlərdə əks olunacağını vurğuladı. Bu günkü tədbir də məhz həmin tövsiyyələrin həyata keçirilməsinə, əhaliyə keyfiyyətli, dayanıqlı xidmət edilməsinə istiqamətlənən bir addımdır. Ona görə də mən tədbirə qatılan xidmət idarələrinin rəhbərlərinin deyəcəyi problemlərin həllinə yardımçı olmağa çalışacağam. Şəhər rəhbərinin çıxışından sonra Su-kanal idarəsinin rəisi Mustafa Kərimov, Qaz idarəsinin müdiri Cəlallı Cəlal, Mingəçevir REŞ MMC-nin direktoru Elbrus Məmmədov, İşıqlandırma idarəsinin rəisi Rafiq Əsgərov, şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırılması idarəsinin müdiri Qürbət Məmmədov, Kommunal Təsərrüfat İstehsalat Birliyinin direktoru Şəhriyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, “Azərişıq”ın şəhər şöbəsinin direktoru Saleh Abdullayev, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin müdiri Əli Ağamirov və digər xidmət idarələrinin rəhbərləri mövcud problemlərdən söz açmaqla, şəhər rəsmisini tapşırıqlarına uyğun olaraq əhaliyə yüksək xidmət göstərilməsi naminə əllərindən gələni edəcəklərini bildirdilər.
      Sonda şəhər İH-nin başçısı İlham İsmayılov ayrı-ayrı xidmət rəhbərlərinin qeyd etdikləri problemlərin həlli üçün hamının fəal olmağının vacibliyindən söz açmaqla, tədbir iştirakçılarına əməli işlərində uğurlar arzuladı.

 

 

 

 

 

 

Keçidlər