Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərlə görüşdü

21 dekabr 2018 | 16:00

     Dekabrın 21-də Gənclər evində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlaham İsmayılov gənclərlə görüşüb. Mingəçevir Dövlət Universitetini, Mingəçevir Tibb Kollecini, Mingəçevir Turizm Kollecini, təhsil müəssisələrini, idarə və təşkilatları təmsil edən gəncləri salamlayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə prezidenti İlham Əliyevin dekabrın 17-də imzaladığı sərəncamla Mingəçevir şəhərinin İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğunu bildirdi. Ali məktəbi bitirdikdən sonra bu şəhərdə əmək fəaliyyətinə başlamasından danışan şəhər rəhbəri gənclərlə görüşün onun üçün vacib olduğunu vurğuladı. Bildirdi ki, şəhərin ictima-siyasi, iqtisadi, sosial həyatı ilə bağlı məlumatlarım olsa da siz gənclərlə görüşmək, fikir və təkliflərinizlə tanışlıq mənim üçün aktualdır.
     Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə və xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyəti illərində ölkəmizin bütün bölgələri kimi Mingəçevirə də göstərdiyi diqqət və qayğıdan danışan şəhər rəhbəri bildirdi ki, bu siyasi yolu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev də Mingəçevirə xüsusi diqqət göstərir. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı uğurla icra olunur, işsizlik probleminin həlli istiqamətində müsbət addımlar atılır, yəni yeni iş yerləri yaradılır. Elə 2018-ci ilin əvəllərində İlham Əliyevin sərəncamları ilə Mingəçevirdə inşa olunan Sənaye parkı və “Asan həyat” kompleksinin açılışında məhz prezidentimiz də iştirak etmişdir. Bu gün həmin təşkilatlarda çalışan insanların böyük əksəriyyəti gənclərdir. Şəhərimizdə Heydər Əliyev Mərkəzinin, “Gənclər evi”nin, “KÜR” Olimpiya Tədris İdman Mərkəzinin, Şahmat  məktəbinin tikintisi, şəhər stadionunun əsaslı təmiri, yeni parklar və xiyabanların salınması da məhz gənclərimizin mədəni istirahəti üçün yaradılmışdır.
     Görüşdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, həmçinin müxtəlif təşkilatları təmsil edən gənclər – Eldar Dərişov, Nihat Musayev, Humay Baxışova, Anar Quliyev, Səbinə Təhməzova, Rəşad Qurbanov, Rəşad Quliyev, Ceyhun Atayev, Ehtiram Sadıqzadə, Mənsur İsrafilov, Elşad Yusifov, Vüqar Sultanov onları narahat edən problem və çətinliklərdən danışdılar, arzularını dilə gətirdilər. Təkliflər arasında Mingəçevir şəhərində beynəlxalq layihələrin həyata keçirilməsi, şəhərin istilik təchizatının yaxşılaşdırılması, məktəblərin əsaslı təmiri və müasir tələblər səviyyəsində inventarlaşdırılması, energetiklər qəsəbəsində mövcud olan dayanacaq problemi, parklarda yaradılan natəmizlik və onun aradan qaldırılması məsələləri öz əksini tapıb. 
     Şəhər rəhbəri gənclərin fəallığını yüksək qiymətləndirərək onaları narahat edən məsələlərə aydınlıq gətirdi və verilən bütün təklif və təşəbbüslərin dəyərləndirilməsi  istiqamətində addımlar atılacağını diqqətə çatdırdı.
Sonda xatirə şəkli çəkildi.

 

 

 

 

 

 

 

 

 

Keçidlər