Şriftin ölçüsü :

Saytın rəngi :

11 noyabr Mingəçevir şəhərinin 70 illiyi və 20 oktyabr ölkə energetiklərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.

20 oktyabr 2018 | 16:00

11 noyabr Mingəçevir şəhərinin 70 illiyi və 20 oktyabr ölkə energetiklərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə stansiyanın direktoru Təhmasib Hüseynov açdı. Bu əlamətdar günlərlə əlaqədar stansiya işçiləri Adil İsmayılov, “Azərbaycanın Enerji Təminatanında Mingəçevir SES-in rolu” və Emin Paşayev “Ulu Öndər Heydər Əliyev və Azərbaycan energetikası mövzularında çıxışlar etdilər. Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən I müavin İlham İsmayılov peşə bayramı münasibəti ilə stansiya kollektivinin təbrik edərək Azərbaycanda energetika sisteminin qurulmasında Ulu Öndər Heydər Əliyevin yüksək xidmətlərindən, bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsindən, son 15 ildə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan danışaraq bu gün əldə edilən nəticənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. Sonda stansiya əməkdaşlarına gələcək fəliyyətində uğurlar arzuladı.

 

 

Keçidlər