Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

17 oktyabr 2018 | 16:00

Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayev çıxış edərək Mingəçevir teatrının 1968-ci ildə fəaliyyətə başlamasından, kollektivin yorulmaz fəaliyyətindən, təqdim etdikləri tamaşalarla tamaşaçı rəğbəti qazandıqlarından bəhs etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov teatrın keçdiyi şərəfli yoldan danışmış, mədəniyyətimizin günbəgün inkişafından söz açmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin mədəniyyətimizə göstərdiyi diqqət və qayğı bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbrikə qoşulan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, xalq artistləri Arif Quliyev, Valeh Kərimov, Musiqili Komediya teatrının, Gəncə və Ağdam teatrının rəhbərliyi, xoş arzularını çatdırmışlar. Maraqlı musiqi nömrələri təqdim olunmuşdur. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bir qrup teatr işçisinin təltif olunduğu qeyd olunmuşdur. Mədəniyyət nazirliyinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanları bir qrup teatr işçisinə təqdim edilmişdir.

 

 

 

 

 

 

 

 

 

Keçidlər