Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində dövlət mütəqilliyi günü münasibəti ilə konfrans keçirilib

16 oktyabr 2018 | 16:00

Azərbaycan Respublikasının  dövlət müstəqilliyinin 27 –ci ildönümü  Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Bu münasibətlə istedadlı tələbələr arasında  inşa, rəsm müsabiqələri, bilik yarışı və idman turniri təşkil olunub,  kitab sərgisi və  müstəqillik tarixindən bəhs edən filmə baxış keçirilib, həmçinin dəyrimi masa ətrafında xalqımızın azadlıq tarixi barədə fəal müzakirələr aparılıb. “Müstəqil Azərbaycan” mövzusunda tələbələrin fərdi yaradıcılıq nümunələrindən ibarət   rəsm və əl işləri sərgisi  bu  tədbirlər arasında xüsusi ilə diqqəti cəlb edib. Dövlət müstəqilliyi gününə həsr olunmuş tədbirlər silsiləsinə elmi -nəzəri konfransla yekun vuran bayram tədbiri iştirakçıları öncə bu sərgiyə baxış keçirərək gənclərin vətənpərvər duyğularının təcəssümü olan əsərlərlə yaxından tanış olub. Eyni zamanda sərgi iştirakçılarına qəhrəmanlıq tariximizdən bəhs edən videoçarx nümayiş olunub

 

Keçidlər