Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində "Heydər Əliyev-Müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyət" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

16 oktyabr 2018 | 16:00

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində  Mingəçevir şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə "Heydər Əliyev-Müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyət" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar. Şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov Dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə təbriklərini çatdırmış, o dövrdə mövcud olan gərgin vəziyyətdən və müstəqilliyimizin qorunması yolundakı çətinliklərdən, Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs etmişdir. YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, YAP Mingəçevir şəhər təşkilatının Qadınlar şürasınn sədri Nurcamal Məmmədova, Mingəçevir turizm kollecinin aparıcı müəllimi Ceyhun Abdullayev, Mingəçevir Dövlət Universitetinin müəllimi Aygün Qədirova geniş məruzələrlə çıxış etmişlər.

 

 

 

 

 

 

Keçidlər