Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində yeni tədris ilinin başlanması münasibəti ilə “Bilik Günü” tədbiri keçirilib

17 sentyabr 2018 | 16:00

Azərbaycan turizm sənayesini ixtisaslı kadrlarla təmin edən Mingəçevir Turizm Kollecində yeni tədris ilinin açılış mərasimi  unudulmaz anlarla yadda qalıb. Belə bir naliyyət məhz kollektivin vəzifəsinə bəslədiyi yaradıcı münasibət və məsuliyyət sayəsində  əldə olunub. Təcrübəli və gənc pedaqoqların məhz bu cür peşəkar münasibəti sayəsində gələcəyini Mingəçevir Turizm Kolleci ilə bağlamaq niyyətində olan gənclərin və onların doğmalarının sayı ilbəil artır.  Elə bu ilki qəbul  göstəriciləri bunun bir nümunəsidir. Qəbul imtahanlarının nəticələrinə əsasən 933 gənc təhsil karyerasını Mingəçevir Turizm Kolleci ilə bağlayıb.  Tədbirdə təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,  iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da məhz  kollecin qeyd olunan üstünlüklərindən danışaraq  tələbələri bu müsbət imkanlardan yararlanmağa dəvət etdi.
Qeyd edək ki, tədbir zamanı mərasim iştirakçıları həmçinin bilik gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirib. İstedadlı tələbələrin əl işlərindən ibarət sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Keçidlər