Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tədris ilinin başlanması münasibəti ilə Mingəçevir Dövlət Universiteti professor, müəllim heyəti, tələbə və valideynlərlə Heydər Əliyev Mərkəzində görüş keçirib.

17 sentyabr 2018 | 16:00

 Yeni tədris ilinin başlanması münasibəti ilə Mingəçevir Dövlət Universiteti professor, müəllim heyəti, tələbə və valideynlərlə Heydər Əliyev Mərkəzində  görüş keçirib. Əvvəlcə Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri düzülüb.
    Tədbiri giriş sözü ilə açan universitetin rektoru Akif Hacıyev tələbələri, müəllim və valideynləri salamlayıb. Qeyd edib ki, ölkəmizdə Bilik  günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd olunur: ”Universitetimizin kollektivi  üçün bu gün böyük əhəmiyyət kəsb edir. Universitetimiz cəmi 3 il fəaliyyət göstərməsinə baxmayaraq, əmək bazarında daha çox ehtiyac duyulan ixtisaslar üzrə bakalavr və magistr hazırlayan baza yaratmağa nail olmuşdur. Burada 21 ixtisas üzrə bakalavr, 12 ixtisas üzrə magistr hazırlanır. Sevindirici haldır ki, bu il universitetimizi seçən tələbələrdən 4 nəfəri 600-700 bal, 77 nəfəri 400-600 arası bal toplayanlardır”.
      Tədbirdə Mingəçevir İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, I müavin İlham İsmayılov da öz təbriklərini tələbələrə və valideynlərə çatdırıb.
      Sonda yüksək balla universitetə qəbul olmuş tələbələrə hədiyyələr təqdim olunub.

 

Keçidlər