Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində ilk tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilmişdir.

17 sentyabr 2018 | 16:00

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində ilk tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icra edən, I müavin İlham İsmayılov, Təhsil Nazirliyində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Amil Əlili və Peşə məktəbinin direktoru İlham İlyasov çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə peşə təhsili və təlimi sistemində konkret hədəflər müəyyən edilib. “ASAN Peşə” Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Mərkəzdə dörd istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə tədris aparılacaq. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN Peşə” layihəsi çərçivəsində aparılır.
     Mingəçevir Peşə Mərkəzinə bu il 8 ixtisas üzrə 160 tələbə qeydiyyatdan keçmişdir. Bunlardan 5 ixtisas üzrə 100 nəfər “ASAN Peşə” Təhsil Mərkəzində tədris keçəcəklər.
      Sonda “ASAN Peşə” Təhsil Mərkəzində tələbələr üçün yaradılmış şəraitlə tanış oldular.

 

 

 

Keçidlər