Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü Münasibətilə Konfrans keçirilmişdir

08 iyun 2018 | 16:00

15 iyun milli qurtuluş günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə konfransı keçirilmişdir. Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Konfransı giriş sözüylə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd etdi ki, 15 iyun- Milli Qurtuluş Günü  Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş  verənləri  təhlil etməklə hər birimiz bu qənaətə gəlirik ki, 1993-cü ilin 15 iyun  tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Mən bu əlamətdar gün münasibətilə Sizləri və Sizin timsalınızda bütün mingəçevirliləri təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
Məlumdur ki, çətin günlərdə, həlledici  məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu  xalqın lideri , onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait, yəni vətəndaş müharibəsi,  ərazicə parcalanma, xaos, anarxiya şəraiti xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun  15-də Ali Sovetin sədri seçildi, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı.
Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz H.Əliyev Doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi.  1993- cü ilin iyun ayının 15-də qayıdışı ilə o tariximizin yeni bir mərhələsini - quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərinin unutmur və 15 iyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.
Bu gün YAP şəhər təşkilatı ilə birgə təşkil olunan  “Ümummilli lider Heydər Əliyev – milli qurtuluşumuzun sərkərdəsi” mövzusunda   konfrans da  həmin tarixi günə həsr edilib.
Konfransda 12 saylı tam orta məktəbin direktoru Mirzə Cavadov, şəhər təhsil şöbəsinin müdidri, pedaqogika üzrə fəlsəfə doktoru Sahib Məmmədov, Mingəçevir Dövlət Universitetinin baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Aida Mustafayevə, Mingəçevir Turizm kollecinin müəllimi, YAP şəhər təşkilatı gənclər birliyinin üzvü Eldar Dərişov çıxış edərək ümummilli liderin həyatına həsr edilmiş müxtəlif mövzular ətrafinda məruzələr etdilər.
Konfransa İcra Hakimiyyətinin başçısı Niyazi  Bayramov yekun vuraraq bildirdi ki, Ulu öndərin xalqımız və müstəqil dövlətimiz qarşısında göstərdiyi xilaskarlıq missiyası haqqında çox ətraflı və mənalı məruzələrinə görə  çıxış edənlərə təşəkkürümüzü bildirim.
Hər birimiz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərini, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən dəqiqliklə davam etdirilməsini və bu siyasətin nəticəsində cox böyük uğurların əldə olunmasının şahidiyik. Tam əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik.
Bütün bunlar bir daha göstərir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas edən, qoruyan, möhkəmləndirən, əbədi, dönməz və sarsılmaz edən qüdrətli, müdrik bir  tarixi şəxsiyyətdir və o daima dövlətçilik tariximizdə və xalqımızın qəlbində yaşayacaqdır.
Yaşasın Azərbaycanımızı daimi uğurlara aparan Heydər Əliyev ideyaları!
Yaşasın bu ideyaları daima uğurla reallaşdıran Azərbaycan  Prezidenti cənab İlham Əliyev!
Bununla da 15 iyun-Milli Qurtuluş gününə həsr edilmiş tədbirimiz başa çatır.

 

 

 

 

 

Keçidlər