Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Dram Teatrının aktirisası Yaqubova Ella İsmayıl qızı “Xalq artisti” adı ilə təltif olundu

01 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Azərbaycan Respublikasının Mədəniyyət Xidmətlərinə Fəxri adların verilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq  “Xalq artisti” adı ilə təltif olunanlar arasında Mingəçevir Dövlət Dram Teatrının aktirisası Yaqubova Ella İsmayıl qızıda vardır. Fəxri adla əlaqədar olaraq iyunun 1-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov Ella Yaqubovanı qəbul edərək yüksək mükafat münasibəti ilə onu təbrik etmiş, yeni-yeni yaradıcılıq uğurları arzulamışdır. E.Yaqubova əməyinə verilən yüksək qiymət, ona göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dərin minnətdarlığını ifadə etmişdir.
Görüş zamanı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Xalq artistinə” gül buketi və qiymətli hədiyyə təqdim etmişdir. Sonda xatirə şəkilləri çəkilmişdir.

 

 

 

Keçidlər