Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Y.Muradov adına 11№li tam orta məktəbdə 8 mart “Qadınlar günü”-nə həsr edilmiş tədbir keçirilmişdir.

07 mart 2018 | 16:00

07.03.2018-ci il tarixdə Mingəçevir şəhər Y.Muradov adına 11№li tam orta məktəbdə 8 mart “Qadınlar günü”-nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri sinif rəhbəri Quliyeva Heyran müəllimənin təşkilatçılığı ilə IIIa sinfi hazırlamışdır. Şagirdlərimiz analara, bacılara, ümumiyyətlə bütün qadınlara həsr edilmiş şeirlər, mahnılar söylədilər. Öz əyləncəli səhnəcikləri və rəqsləri ilə bütün qadın müəllimlərimizi təbrik etdilər. Sonda məktəbin direktoru Əlişova Sevil müəllimə tədbirdə əziyyət çəkən  hər kəsə təşəkkürünü bildirdi.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər