Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi anıldı

26 fevral 2018 | 16:00

Fevralın 26-da Şəhidlər xiyabanında Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə təşkil olunan anım mərasiminə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Mingəçevirdə məskunlaşmış xocalı sakinləri, mətbuat və KİV-ni təmsil edən nümayəndələr gəlmişdilər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administirasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak edirdi.
Anım günü tədbrində Xocalı şəhidlərinin və ümumən Azərbaycan şəhidlərinin ruhuna dualar oxundu. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Xocalı soyqırımı ilə bağlı fikirlərini açıqladı, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.
Xocalı sakinlərindən Göyüş Həsənov, Baloğlan Allahyarov, Cəfər Cəfərov və Zahir Usubov çıxış edərək Xocalıda baş verən hadisələrə, o qanlı gecədə insanların düşdükləri əzab-əziyyətlərə toxunaraq bu hadisəni XX əsrin ən qanlı faciəsi kimi dilə gətirdilər. Əminliklə vurğuladılar ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhidlərinin və ümumən şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan torpaqları tezliklə düşmən tapdağından azad ediləcək. O gün uzaqda deyil.
Sonda soyqırım abidəsi önünə gül dəstələri qoyuldu, şəhər rəhbərliyi ilə xocalılar arasında görüş keçirildi.

 

 

 

 

 

 

 

 

 

Keçidlər