Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus aşıq dərslər keçirilib

19 fevral 2018 | 16:00

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə  aparılır.  Proqrama müxtəlif diskussiya, sərgi, müsabiqə, konfransların keçirilməsi daxildir. Kollecdə mövcud olan ənənələrdən biri də tarixi günlərə, əlamətdar hadisələrə  həsr olunmuş  xüsusi dərslərin  təşkil edilməsidir. Kollecdə görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinin keçirilməsi ilə əlaqədar 2017-2018-ci tədris ilinin II semestrinin ilk dərsləri Dahi Bəstakarın yaradıcılığına həsr olunub. Dərslərdə qrup  tələbələri ilə yanaşı mövzu ilə maraqlanan digər qrupların tələbələrinin, müəllimlərin iştirakına da şərait yaradılıb. Müəllimlər ənənəvi pedaqoji  qaydalara riayət  edərək  əvvəlcə Azərbaycanın musiqi mədəniyyətinə  aid   qısa sorğu keçirib.   Mövzuya  dair tələbələrin bilikləri barəsində  məlumat  əldə edilib. Dərsin gedişində öncə tələbələrə Qara Qarayevin  həyat yolu  barədə məlumat verilib, təhsili, tərcümeyi–halı, yetişdirdiyi  tələbələrin uğurlarından danışılıb. Daha sonra bəstəkarın yaradıcılığı haqqında ətraflı  məlumatlar  çatdırılıb. Dinləyicilər bəstəkarın əsərləri barədə olduqca müfəssəl  məlumatlarla tanış olub. Dərslərdə xüsusilə də “Yeddi gözəl “və “İldırımlı yollarla”baletlərinin incəsənətimizdəki yeri və əhəmiyyəti vurğulanıb. Dərslərin sonunda iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib, dinləyicilərin mövzu ilə bağlı fikirləri öyrənilib.

 

 

 

 

 

 

Keçidlər