Şriftin ölçüsü :

Saytın rəngi :

Mehriban xanımın diqqət və qayğısı həmişə üzərimizdədir.

07 fevral 2018 | 16:00

Mingəçevir şəhərində yeni salınmış hündürmərtəbəli məcburi köçkün şəhərciyində məskunlaşmış Ağdam rayonu Xıdırlı kəndindən məcburi köçkün bacı və qardaş I qrup əlillər Ramilə və Süleyman Həsənovlar uzun müddətdir müsküler distrofi (əzələ) xəstəliyindən əziyyət çəkirlər. Onlar Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya müraciət edərək onlara komputer verilməsini xahiş etmişlər. Onların müraciətlərini nəzərə alaraq şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ramilə və Süleymana bir ədəd komputer (notbuk) hədiyyə etmişdir. Ramilə və Süleyman göstərilən bu diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse – prezident Mehriban xanım Əliyevaya öz minətdarlıqlarını bildirdilər və qeyd etdilər ki, Mehriban xanımın diqqət və qayğısı həmişə bizim kimi gənclərin üzərindədir.

 

Keçidlər