Şriftin ölçüsü :

Saytın rəngi :

"Mədəniyyətimizin təbliğində gənclərə dəstək" layihəsinin icrasına başlanılıb

16 dekabr 2017 | 16:00

"Mədəniyyətimizin təbliğində gənclərə dəstək"  layihəsinə start verilib. Gənclər arasında mədəni dəyərlərimizin təbliğinə yönəlmiş layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
İlk təlim günündə Azərbaycan mədəniyyəti, onun müxtəlif bölmələri haqqında iştirakçılara məlumatlar verilib.
Qeyd edək ki, layihə çərçivəsində gənclər üçün interaktiv metodlara əsaslanan 3 təlimin keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd isə mədəniyyətimizin inkişaf etdirilməsində region gənclərinin rolunu artırmaq, həmçinin gənclərin yaradıcılıq fəaliyyətinə dəstək olaraq onları bu sahədə stimullaşdırılmasıdır.

 

 

 

 

 

 

 

 

Keçidlər