Şriftin ölçüsü :

Saytın rəngi :

3 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

18 yanvar 2018 | 16:00

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
       Tədbiri giriş sözü ilə açan 3 saylı tam orta məktəbin direktoru Kəmalə Tahirovanın  təklifi ilə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra o,  bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. Kəmalə müəllimə, həmçinin vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
       Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs etmiş, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulamışdır.
      Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilmişdir. Film ətrafında öz fikirlərini bildirən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsi mühüm vəzifələrdən biri olduğunu, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini gənclərim tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.

 

 

Keçidlər