Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində Qara Qarayevin yaradıcılığına həsr olunmuş oxucu konfransı

15 yanvar 2018 | 16:00

Yenicə qədəm qoyduğumuz  2018 - ci ildə bir sıra əlamətdar yubileylərin şahidi olacağıq. Bu cəhətdən bu il həm də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi ilə yaddaşlarda qalacaqdır. Mingəçevir Turizm Kollecində görkəmli bəstəkarımızın yubileyi münasibəti ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Kollecin struktur bölmələri və  tələbə- gənclər təşkilatı yubileyə həsr olunmuş rəngarəng tədbirlər keçirməyi planlaşdırırlar.  Bu tədbirlər  sırasına  kollecin kitabxanasında baş tutmuş oxucu  konfransı ilə start verildi.
    “Bəstəkar Qara Qarayev nəslinin mədəniyyət və incəsənətimizin  və  dövlətçiliyimizin  tərəqqisində  mövqeyi” adlı konfrans ədəbiyyat müəllimləri Əşrəf Əsgərov  və  Kifayət Əliyevanın təşəbbüsü ilə təşkil edilmişdir. Tədbirdə pedoqoqlarla yanaşı əyani və qiyabi şöbələrin tələbələri də iştirak  edirdi.  Xüsusilə, bədii özfəaliyyət  qrupunuun üzvü olan yaradıcı gənclər öz fəallığı və mövzuya marağı ilə  seçilmişdir. Oxucu konfransı fəal fikir mübadiləsi şəraitində keçirildi. İştirakçılara Qara Qarayevin Azərbaycan  musiqi sənətinin incisinə çevirilmiş əsərləri haqqında ətraflı məlumatlar verildi.
      Çıxışlar mövzu ətrafında maraqlı müzakirələrə yol açdı. Tədbirdə həmçinin bəstəkarın yaradıcılığına həsr olunmuş kitablar və məqalələrdən  söhbət açıldı. Dolğun  çıxışları, fəal müzakirələri dinləyən iştirakçılar oxucu konfransından dərin təəssüratlarla ayrıldılar.

 

 

 

 

Keçidlər