Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

16 dekabr 2017 | 16:00

         Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Aran iqtisadi rayonu üzrə, “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirəni davam etdirib. Mingəçevir şəhərində təşkil olunan  müzakirəyə Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Bərdə, Göyçay, Kürdəmir, Ucar, Zərdabdan 300 nəfərə yaxın sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.
Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidə önünə gül dəstəsi qoyulub. Çıxışına qonaqları salamlamaqla başlayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə, xüsusilə bölgələrdə sosial-iqtisadi sahədə yüksək nailiyyətlər əldə edilib. Onun sözlərinə görə, Respublikamızda aparılan uğurlu siyasət nəticəsində Aran iqtisadi rayonunda və xüsusilə Mingəçevir şəhərinin hərtərəfli inkişafı üçün böyük işlər görülüb. Bu proses hazırda da uğurla davam etdirilir.
       Sonra çıxış üçün söz Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verilib. Elxan Mikayılov bildirib ki, artıq bir neçə aydır bölgələrdə mütəmadi olaraq regional müzakirələrin keçirilməsində əsas məqsəd, sahibkarlıq subyektlərinin, bələdiyyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılmasıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ötən ilin dekabr ayında təsdiq etdiyi və hazırda uğurla icra edilən Strateji Yol Xəritələrində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi əhalinin rifah halının yaxşılaşmasına, regionların iqtisadi potensialının tam olaraq gücləndirliməsinə, əlverişli biznes mühitinin formalaşdırılmasına, iqtisadi və sosial problemlərin həllinə böyük töhfə verir və bu istiqamətdə mümkün olan bütün qüvvələr səfərbər edilib. “2016-2017-ci ildə Azərbaycanda 150 –yə yaxın islahat tədbiri həyata keçirilib. Bu tədbirlər vergi, gömrük, biznes mühitinin yaxşılaşdırılması,yoxlamaların dayandırılması, lisenziyaya icazələr sisteminin təkmilləşdirilməsi və bir sıra digər sahələri əhatə edir. Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir, ölkədə iqtisadi təşviq və imtiyaz mexanizmləri işə salınıb. Bank sektorunun inkişafı və maliyyə dayanıqlılığı ilə bağlı məsələlər də diqqət mərkəzindədir.”
         Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının meneceri Zaur QardaşovAzexport portalının fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də  “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat təqdim edib. İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov isə təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib.
Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib.
        Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzicari ilin sentyabr ayından bəri start verdiyi ictimai müzakirələri bu mövsüm üçün yekunlaşdırıb. Ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun gücləndirilməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə təşkil olunan görüşlər çərçivəsində təkcə 3 ay ərzində 2000-ə yaxın  sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndəsi ilə görüş keçirilib. Ağdam, Şəki, Quba, İsmayıllı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran və Mingəçevirdə 56 rayon üzrə “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər”  mövzusunda regional ictimai müzakirələrdə İİTKM-indepartament rəhbərləri və analitikləridə təqdimatlar edib. Bu görüşlərdə  xüsusilə sahibkarların, yerli sakinlərin  problemlərini diqqətə çatdırmaq üçün şərait yaradılıb.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər