Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12 dekabr 2017 | 16:00

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilmişdir.  Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri həmin gün Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış ulu öndərin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra isə Heydər Əliyev Mərkəzinin Konfrans zalında şəhər icra Hakimiyyəti və YAP Mingəçevir şəhər Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev-əməlləri ilə əbədiləşən tarixi şəxsiyyət” adlı elmi-nəzəri konfrans keçirilmişdir.

 

 

 

 

 

 

 

 

 

Keçidlər