Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib

07 dekabr 2017 | 16:00

    Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Konfrans Azərbaycan dilinin tarixi inkişaf mərhələləri və perspektivlərinin öyrənilməsi baxımınmdan  xüsusi əhəmiyyət daşıyıb. İstər  müzakirə olunan mövzularda, istər iştirakçılara təqdim olunan videçarxda, istərsə də mövzu ətrafı müzakirələrdə bir çox vacib məqamlara yer ayrılıb. Hətta  konfransuın sonunda tələbə özfəaliyyət qrupu tərəfindən nümayiş olunan ədəbi-bədii kompozisiyada dilimizin ahənginə uyğun rəngarəng nümunələr səsləndirilərək Azərbaycan dilinin  qramatik və bədii gözəliklləri arzu olunan səviyyədə vəsf olunub.
      Öncə konfrans iştirakçıları Azərbaycan dilinin gözəlliklərinə həsr olunmuş sərgiyə baxış keçirilib. Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsi ilə videoçarx nümayiş olunub.
Konfrans Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun açılış nitqi ilə öz işinə başlayıb. Tarixi minilliklərə söykənən Azərbaycan dili haqqında  ətraflı söhbət açan professor Əyyub Əyyubov  dilimizin keçdiyi şərəfli tarixi mərhələlər barədə danışıb. Folklar, əfsanə və rəvayətlərimizin formalaşmasında  dilin müstəsna rolu olduğunu qeyd edib:                                                                                            “İndi bu dil vasitəsilə tariximizi və əski dəyərlərimizi asanlıqla öyrənib, tədqiq etmək olar. Bilirsinizmi,  müdriklər dili olmayan toplu millət sayıla bilməz söyləyib. Bu mənada  hər zaman qürurla ifadə edə bilərik ki, bizim zəngin qramatik quruluşu olan doğma ana dilimiz var. Hətta bir vaxtlar görkəmli avropalı və şərqli yazarlar, səyahətçı və tarixçilər dilimizin diplomatiya dili, xalqlar arasında vacib ünsiyyət vasitəsi olduğunu qeyd edib. Etiraf etməliyik ki, hazırda Azərbaycan dili ən möhtəşəm dönəmini yaşayaır. Çünki, artıq böyük bir xalqın və müstəqil dövlətin rəsmi Dövlət Dili statusunu daşıyır. Bu zirvəyə çatmaq asanmı oldu, əlbəttə ki, yox. Xalqımız, ədiblərimiz, görkəmli dövlət xadimlərimiz dilimizin bu məqamlara yetişməsi naminə  əsl mübarizə yolu keçib. Xüsusilə də ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətinin hər iki dönəmində bu məsələni məslək, əqidə səviyyəsinə yüksəldib. Məhz O dahi şəxsiyyətin xidmətləri sayəsində öncə keçmiş Sovetlər İttifaqı dönəmində Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasıında, daha sonra isə Müstəqil Azərbaycan Respublikası dönəmində milli Konstitusiyaya Azərbaycan dili dövlət dili statusu ilə daxil edilib. Biz keçilən yolu daim dərindən öyrənib, tədqiq etməli və dilimizin saflığını və şöhrətini qorumaq və irəlilərə daşımaq üçün bütün  imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Bu mənada hesab edirəm ki, cənab  prezident İlham Əliyevin imzaladığı  Sərəncam zamanında imzalanmış vacib bir sənəd olması etibarı ilə Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və  saflığının qorunması isütiqamətində yeni perspektivlərə yol açır”
      Daha sonra Azərbayacan dilinin tarixi inkişaf mərhələrinə həsr olunmuş videoçarxa baxış keçirilib. Ardınca  konfransın digər məzmunlu məruzələri dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova və Aybəniz Əliyeva müvafiq olaraq  “Gəlin Azərbaycan dilinin saflığını qoruyaq”,  “Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” və “Azərbaycan xalqının varlığını yaşadan  Azərbaycan dilidir”  mövzularında çıxış edib. Hər bir natiq dilin önəmli üstünlüklərinə, saflığına və perspektivlərinə  çıxışında xüsusi yer ayırıb.
Müzakirələri dəyərləndirən professor Əyyub Əyyubov  bu gün prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbayacan dilinin saflığının qorunması  və inkişaf etdirilməsi istiqamətində  həyata keçirilən  çoxsaylı tədbirlərdən, imzalanan Sərəcamlardan  ətraflı söhbət açıb.
Konfrans   tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Istedadlı tələbələrin ifasında təqdim olunan poeziya və musiqi parçalarında Azərbaycan dilinin üstünlükləri  yüksək səviyyədə tərənnüm olunub. Kompozisiya alqışlarla müşayət edilib.

 

 

 

 

 

 

 

Keçidlər