Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində Narkomaniyaya yox deyək konfransı keçirildi

27 noyabr 2017 | 16:00

      Noyabrın 27-də Mingəçevir Dövlət Universitetinin akt zalında Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Raqif  Allahverdiyev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Mərkəzinin rəis müavini Vahid Zəfərov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin məsul əməkdaşı Tural Hüseynzadə ilə yanaşı Mingəçevir Dövlət Universitetinin, Tibb, Turizm və İdman kollecilərinin, Texniki Peşə məktəbinin tələbələri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.
     Konfransı giriş sözüylə açan Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kommisiyasının sədri İlham İsmayılov açaraq qeyd etdi ki,  insan həyatı və sağlamlığı üçün çox böyük təhlükə olan narkomaniya artıq genişlənərək bəşəriyyətin qlobal problemləri sırasına çıxmışdır. Ən təhlükəli məqam isə ondadır ki, “Ağ ölüm” adlanan bu ümumibəşəri bəla getdikcə  daha çox gənclər, yeniyetmələr arasında yayılır. Bu ciddi təhlükəni nəzərə alaraq ona qarşı mübarizə aparmaq bütün cəmiyyətin borcudur.
Odur ki, hesab edirəm ki, bu gün Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşəbbüsü ilə keçirilən bu tədbir çox mühüm əhəmiyyət kəsb edir.
     Ümummilli lider Heydər Əliyev narkotikə qarşı mübarizəni bütün cəmiyyət üzvlərinin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi qiymətləndirmiş, hətta bu barədə Sərəncam  da imzalamışdır.
Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyev  24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı Dövlət komissiyası tərəfindən uğurla icra olunmaqdadır. Proqramın icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupun təşkilatçılığı ilə Daxili İşlər, təhsil və Səhiyyə Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar, təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, onların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə ali və orta ixtisas təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün də bu tədbir Mingəçevir şəhərində təşkil olunmuşdur.
     Tədbirin əhəmiyyətini nəzərə alaraq Narkomanlığa və narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin müvafiq mütəxəssisləri və şəhər üzrə aidiyyatı qurumların nümayəndələri bu günkü tədbirdə iştirak edirlər.

     Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Raqif  Allahverdiyev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Mərkəzinin rəis müavini Vahid Zəfərov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin məsul əməkdaşı Tural Hüseynzadə çıxış etdilər.

     Çıxışlardan sonra dinləyiciləri maraqlandıran suallara ətraflı cavablar verildi.
     Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavinin İlham İsmayılova tədbirin işinə yekun vurdu.

 

 

 

 

 

 

Keçidlər