Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Gənclər Evində “Dama” stolüstü oyunu üzrə yarış keçirilib.

10 noyabr 2017 | 16:00

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə gənclər arasında “Dama” stolüstü  oyunu üzrə yarış keçirib.
Yarışda  ali və orta-ixtisas təhsili müəssisələrində  təhsil  alan tələbə gənclər  iştirak edib. Gərgin keçən oyunların nəticəsinə  uyğun olaraq  qaliblər müəyyənləşib.
1. Ağayev Vüqar
2. İsmayılov Rəsul
3. Əhmədov Nurlan
4. Əliyeva Ayşən
Yarımfinal mərhələsində isə Vüqar Ağayev və Rəsul İsmayılov finala vəsiqə  qazanıb.
Finalda  isə daha  güclü oyun göstərən Vüqar yarışın  qalibi  olub.
Üçüncü yer uğrunda mübarizədə isə  Əhmədov Nurlan Mİngəçevir Dövlət Universitetinin tələbəsi  Əliyeva Ayşəni üstələyib.
Yarışlarda ilk üç yeri tutan gənclər “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi tərəfindən sertifikat və dəyərli hədiyyələrlə təltif edilib.

 

 

Keçidlər