Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.

07 noyabr 2017 | 16:00

         Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.
Tədbirdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, müəllimlər, eləcə də şəhər ictimaiyyəti və fəal gəncləri iştirak ediblər.
          Tədbiri giriş sözü ilə açan Mingəçevir ŞİH başçısının birinci müavini İlham İsmayılov vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycan dövlətinin müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır və müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
         Movzu ilə bağlı çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev “İslam həmrəyliyi ili” çərçivəsində bölgədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib.
DQİDK-nin sədr müavini Gündüz İsmayılov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib. Gündüz İsmayılov ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb.
        G.İsmayılov onu da qeyd edib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə Azərbaycançılıq nəzərdə tutulduğunu deyən sədr müavini təəssüflə qeyd edib ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.
        Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev bildiriblər ki, dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də diqqətə çatdırılıb.
           Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

Keçidlər