Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika zona yarışı keçirildi.

01 noyabr 2017 | 16:00

      01 noyabr 2017-ci il tarixdə şəhərin Gənclər evində və Şahmat məktəbində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təsdiq olunmuş  və Mingəçevir şəhərində  nazirliklərin yerli idarələri tərəfindən təşkil olunmuş "Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları"nın 9 şəhər və rayonlar arasında (Mingəçevir, Ağdaş, Bərdə, Zərdab, Goranboy, Göyçay, Ucar, Tərtər, Yevlax ) 60 nəfər idmançının iştirakı ilə Mingəçevir zona turniri keçirilmişdir.
       İdmanın nərd, dama, şahmat, stolüstü tenis və armresting (qol güləşi) növləri üzrə keçirilən zona yarışında əlilliyi olan şəxslər və sağlamlıq imkanı məhdud uşaqlar arasında təşkil edilmişdir. Keçirilən hər beş idman növündən I, II, III yerləri tutmuş qaliblərə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Əhalinin Sosial Müdafiəsi İdarəsinin Mingəçevir şəhər şöbəsinin diplomları təqdim edildi.
       Turnirdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial proqramlar sektorunun müdiri Elmir Abdullayev də iştirak etmişdir.

 

 

 

 

 

Keçidlər