Şriftin ölçüsü :

Saytın rəngi :

“Məcburi köçkünlük şəratitində qadınların səlahiyətləndirilməsi”layihəsi çərçivəsində Mingəçevirdə şəbəkə görüşü keçirilib.

25 oktyabr 2017 | 16:00

      Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan  Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlük şəratitində qadınların səlahiyətləndirilməsi”layihəsi çərçivəsində Mingəçevirdə şəbəkə görüşü keçirilib.
      Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Lyudmila Xəlilova layihənin məqsədi və məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin  əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Eyni zamanda məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını iştirakçıların nəzərinə çatdırmışdır. O çıxışında bildirdi ki, bu günkü tədbir əsasən bu mövzu ilə məsul olan şəxslərlərin bir araya gəlməsi mövcud vəziyyəti müzakirə etmək və birgə hansı çıxışlar oluna bilərvə.s.Layihənin ümumi məqsədi bu mövzuda ictimai dinləmələrin keçirilməsi,təbliğat-təşviqat kompanilayarının aparılmasıdır.Lyudmila xanım onu da bildirdi ki,bu kimi tədbirlər əsasən məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə keçirilir.Gəncə şəhərində,Goranboyda,Sumqayıtda Bakının bir çox rayonlarında bu kimi tədbirlər həyata keçib.O,qeyd etdi ki,bundan öncə layihə çərçivəsində məcburi köçkünlərin yaşadığı ərazilərdə köçkünlərlə görüşlər aparılıb və təlimlər həyata keçirilib.O da qeyd olunub ki,layihə çərçivəsində  köçkünlərə xüsusi bukletlər paylanılıb.Bu kimi tədbirlərin davamlı olacağı da vurğulanıb.
      Daha sonra mövzu ətrafında Omudsmanın nümayəndəsi Turan Cahangirova,layihənin eksperti çıxış edərək  məişət münasibətlərində baş verən zorakılıq hallarının hər bir insanı narahat etməli olduğunu və tədbirdə iştirak edən şəxslərin mövzu ilə bağlı əldə etdikləri məlumatları öz tanışları ilə bölüşmələri əhali arasında məişət zorakılığı hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz müsbət təsirini göstərəcəyini qeyd etdilər.  
     Tədbir qarşılıqlı diskusiya şəkilində müzakirələrlə davam edib.
     Tədbirdə hüquq-mühafizə orqanları,Bələdiyyə,QHT ,İcra Hakimiyyəti, məcburi köçkünlərin nümayəndəlikləri iştirak ediblər.
     Tədbirin sonunda iştirakçılara mövzuya uyğun kitabçalar paylanıldı.

 

Keçidlər