Şriftin ölçüsü :

Saytın rəngi :

28 sentyabr 2017-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatının IX hesabat-seçki konfransı keçirildi.

28 sentyabr 2017 | 16:00

28 sentyabr 2017-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatının IX hesabat-seçki konfransı keçirildi. Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İcra Katibliyinin məsul işçisi Araz Xudadanov da iştirak edirdilər.

Konfrans iştirakçıları və qonaqlar öncə partiyanın qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri düzdülər.
Konfrans dövlət himninin səsləndirilməsi ilə işə başlayıb.
Həmçinin Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov VIII konfransdan ötən dövr ərzində görülən işlərdən, uğurlardan bəhs edən geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, bu gün YAP şəhər təşkilatının 7430 nəfər partiya üzvünü özündə birləşdirən 57 ərazi ilk partiya təşkilatı mövcuddur. Təkcə hesabat dövrü ərzində 622 nəfər partiya sıralarına qəbul olunmuşdur. C.Yusubov qeyd etdi ki, YAP Mingəçevir şəhər təşkilatı öz fəaliyyətini Ulu Öndər Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının V Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəldib. Yeni Azərbaycan Partiyası zəngin fəaliyyət yolu keçib, özünü ölkə həyatında güclü siyasi qüvvə kimi təsdiqləyib. C.Yusubov təşkilatın uğurlarından danışmaqla yanaşı, həm də qarşılaşdıqları problemlərləri də nəzərə çatdıraraq, qarşıda duran vəzifələrdən də bəhs edib.
Konfransda Nəzarət-təftiş Qrupunun sədri Yaqub Hüseynov, Qadınlar Şurasının sədri Nurcamal Məmmədova, Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev və 33 saylı “AzİES” MMC-nin ərazi ilk partiya təşkilatının sədri Təhmasib Hüseynov hesabat dövrü ərzində görülən işlər barədə geniş məruzə ilə çıxış etdikdən sonra, konfrans iştirakçıları məruzələr ətrafında müzakirələr apararaq, təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirdiklərini nəzərə çatdırıblar.
Konfransın işində iştirak edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov çıxış edərək, Yeni Azərbaycan Pariyasının yaradılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danışdı. Natiq bildirdi ki, YAP yarandğı gündən öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin geniş ictimaiyyət arasında təbliğatına yönəldib, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu proseslərində yaxından iştirak edib. Dövlətimizin 26 illik müstəqillik tarixində YAP öz sözünü demiş, fəaliyyətində daim xalqımızın mənafeyini qoruyan güclü siyasi təşkilat olmuşdur.
Konfransda həmçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, konfrans iştirakçılarını təbrik edərək, YAP-nın ölkənin ictimai-siyasi həyatında rolundan bəhs edərək bildirdi ki, Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin yaradıcı olduğu Yeni Azərbaycan Partiyasına inanır və yüksək etimad göstərir. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik, quruculuq siyasətini ölkə prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir. Xalqımız dəfələrlə Prezident İlham Əliyevin və onun sədri olduğu Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdiklərini nümayiş etdirib və qarşıdan gələn növbəti 2018-ci il Prezident semkilərində bu birliyi bir daha sübüt etməyə hazırdırlar. Sonda Niyazi Bayramov şəhər təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdiyini qeyd etdi.
Çıxışlardan sonra konfrans qərar qəbul etdi.
Yekunda təşkilati məsələlərə də baxılıb. Cavanşir Yusubov yenidən YAP Mingəçevir şəhər təşkilatının sədri seçilib.
Həmçinin YAP Mingəçevir şəhər təşkilatının yeni 51 nəfər tərkibdə Şura, 7 nəfərdən ibarət isə Nəzarət-təftiş qrupu seçilib.
Bununla da konfrans öz işini başa vurdu.

 

 

 

 

 

 

Keçidlər