Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orhan İşık Mingəçevirdə səfərdə olub

12 iyul 2017 | 16:00

Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orhan İşık Mingəçevirdə səfərdə olub. Baş konsul əvvəlcə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Görüş zamanı qonağa şəhərin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda şəhərdə "Asan həyat" kompleksi və Sənaye parkında geniş miqyasda tikinti işlərinin aparlıdığını nəzərə çatdırıb. Daha sonra Niyazi Bayramov Mingəçevirin bir çox ölkələrin şəhərləri ilə qardaşlaşdığını vurğulayıb. Qeyd edib ki, Türkiyənin hər hansı sənaye şəhərlərindən biri ilə də qadaşlaşmaq istərdik.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan diplomat Mingəçevirə 3-cü dəfə gəldiyini söyləyib. Qeyd edib ki, hər gəlişində şəhərdə çox böyük layihələrin həyata keçirilməsinin, Mingəçevirin günbəgün böyüməsinin şahidi olur: "Şəhərin yaşıllığından, sevgilərinizdən çox məmnun oldum. Azərbaycan qədim bir diyardır. Mingəçevirdə isə gözəl şəhər havası var. Çox müasir infrastruktura malik olan bu şəhər doğrudan da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Əslində, Azərbaycanda 3 böyük sənaye mərkəzi müəyyən olunub. Bakı, Sumqayıt, Gəncə. Biz Mingəçeviri də bu siyahıya əlavə etməliyik. Bildiyimə görə, sovet dövründə burada çoxlu müəssisələr fəaliyyət göstərib".
Daha sonra səfir Mingəçevir Gənclər Evində gənclərlə görüşüb. Görüş zamanı qonağa Gənclər Evində yaradılan şərait, klublar, dərnəklər və digər xidmətlər barədə geniş məlumat verilib. Gənclərin nümayəndələri çıxış edərək gənclərlə bağlı görülən işlərdən, həyata keçirdikləri layihələrdən danışıblar. "Mingəçevirli gənclərin fəallığı məni heyran etdi" deyən səfir səfərindən çox məmnun qaldığını bildirib.

Keçidlər