Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəhim Tağıyevin vəfatından bir il ötür Anım mərasimində

10 iyul 2017 | 16:00

Anım mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri, mətbuat, KİV-nin təmsilçiləri və şəhidin ailə üzvləri, yaxınları iştirak edirdilər.
Şəhidin ruhuna dualar oxunduqdan sonra anım tədbirini şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq 2016-cı ilin aprel döyüşlərində milli ordumuzun zəfər salnaməsindən söz açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlarımızın azad edilməsi uğrunda dünya ölkələrinin liderləri ilə apardığı məqsədyönlü işlərdən bəhs etdi. Əmin olduğunu bildirdi ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacaq. Şəhidə Allahdan rəhmət diləyərək, ailəsinə başsağlığı verdi.
Mərasimdə şəhər Mərkəzi Xəstaxanası Publik Şəxsin Həmkarlar Təşkilatının sədri Allahverdi Alıyev, Qarabağ Müharibəsi əlili Əliağa Bəndəliyev, şəhid ailəsi Xalidə Əzizova çıxış edərək aprel döyüşləri və onun nəticələri barədə, Azərbaycan Milli Ordusunun zəfər yürüşləri və yüksəlişi haqqında fikirlərini söylədilər. Ali Baş Komandan İlham Əliyevin hər an yanında olduqlarını və onun əmrinə hazır olduqlarını bildirdilər. Şəhidin ailəsinə və yaxınlarına başsağlığı verdilər.

Keçidlər