Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş günü

14 iyun 2017 | 16:00

13 iyun 2017-ci il tarixdə Mingəçevir şəhər İcra hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə “15 iyun 1993-cü il dövlətçilik tariximizin şanlı səhifəsidir ” mövzulu  konfrans keçirmişdir.
İlk olaraq konfransda Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramov çıxış edərək Milli Qurtuluş gününün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb etdiyini söyləmiş və həmin tarixi günü Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixi kimi qeyd edildiyini vurğulamışdır. 1993-cü ilin iyun ayının 15-də qayıdışı ilə tariximizin yeni bir mərhələsini – quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoyan, dövlətçilik tariximizin şanlı səhifəsini yazan böyük xilaskarın xidmətlərinin unudulmadığından danışan İcra başçısı bütün Mingəçevirliləri təbrik etmiş və hər birinə can sağlığı arzulamışdır. Sonra YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov “15 iyun 1993-cu il- Milli qurtuluşumuzun başlanğıc tarixidir”, “Azərbaycan İES” MMC-nin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Təhmasib Hüseynov “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısı və milli xilaskarımızdır”,  MDU Pedaqogika və psixologiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov “Tarixi şəxsiyyət Heydər Əliyev milli ideologiyamızın banisidir”, Mingəçevir Turizm Kollecinin şöbə müdiri Aynurə Abbasova “Azərbaycanda həyata keçirilən siyasi kurs ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurlu davamıdır” mövzularda məruzələrlə çıxış etdilər.
Tədbirə İcra Hakimiyyətinin Başçısı Niyazi  Bayramov yekun vurdu.

Keçidlər