Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüş

08 iyun 2017 | 16:00

08.06.2017-ci il tarixdə saat 18:00-da Şəhərin M.Maqomayev prospektindəki 77 saylı binanın qarşısında, 12 saylı Mənzil İstismar Sahəsinin Ərazisində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəhər sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə sakinlərlə bərabər idarə, müəssisə rəhbərləri, o cümlədən  şəhərin səhiyyə, təhsil, mədəniyyət və digər xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndələri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinləri salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində, eləcə də, sosial-iqtisadi sahədə yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, respublikamızda aparılan uğurlu siyasət nəticəsində Mingəçevirin də hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü dilə gətirdi və bu işlərin hazırda uğurla davam etdirildiyini vurğuladı. 
M.Maqomayev prospekti 14, 75, 77, Ü.Hacıbəyov küçəsi 72, 76, R.Rza küçəsi 16, M.Şəhriyar küçəsi 1 ünvanında yaşayan sakinlər şəhərdə aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını bildirməklə yanaşı, onları narahat edən məsələlərlə bağlı müraciətlər etdilər. Yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verdiyini qeyd edən çıxışçılar, şəhər rəhbərinin son 5 ildə fəaliyyətdən razılıqlarını bildirdilər.
Göstərilən məsələlərə idarə, müəssisə və xidmət sahələri rəhbərləri tərəfindən aydınlıq gətirildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qaldırılan məsələlərin tez bir zamanda həll olunacağını bildirdi və əlaqədar qurum rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər