Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”.

12 noyabr 2016 | 16:00

Noyabrın 12-də Mingəçevir şəhər icra Hakimiyyəti və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə  konstitusiya günü ilə bağlı elmi-nəzəri  konfrans keçirilib. Konfrans Turizm kollecində təşkil olunub. Öncə konfrans iştirakçıları Turizm kollecinin tələbələrinin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Daha sonra kollecin akt zalında tədbir öz işini davam etdirib. Kollecin direktoru professor Əyyub Əyyubov giriş nitqi ilə konfransı açıq elan edərək Konstitusiya gününün tarixi əhəmiyyətindən, onun hər bir dövlət üçün əsas qanun rolunu oynadığından söhbət açıb. Daha sonra Mingəçevir İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Sahib Əliyev “Milli konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” mövzusunda  geniş çıxış edib. Tədbirdə ”Ümummilli lider H.Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”, ”Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində konstitusiyanın rolu”, ”Referendum yolu ilə konstitusiyaya edilmiş əlavə və dəyişikliklər xalqımızın mənafeyinə xidmət edir”, Azərbaycan Respublikasının inkişafında konstitusiyanın həlledici mahiyyəti” mövzularında kollecin müəllimlərinın çıxışları dinlənilib. Kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın təşkil etdiyi bədii kompazisiya ilə tələbələr çıxış ediblər.

 

 

 

Keçidlər