Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərinin 2016-cı ilin üçüncü rübünün yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş Şura iclası keçirilib

13 oktyabr 2016 | 16:00

Oktyabrın 13-də şəhər İcra Hakimiyyətinin müşavirə zalında “2016-cı ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr edilmiş Şura iclası keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq bildirib ki, oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin üçüncü rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. :”Dünya iqtisadiyyatı üçün tarixdə  bəlkədə ən ağır illərdən birinin olduğu ,siyasi və hərbi böhranın daha da dərinləşdiyi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən Prezident ilham Əliyev Azərbaycanda uğurlu inkişafın təmin edildiyini ,ictimai-siyasi vəziyyətin sabit qaldığını,ölkə qarşısında duran vəzifələri əsasən həll olunduğunu bildirdi.Həmçinin o da qeyd olunub ki,2016 cı ildə nəticələr bötövlükdə yaxşıdır və biz yenə də inkişaf yolu ilə gedirik və  gedəcəyik. Bizim də bu günkü iclasın keçirilməsində əsas məqsədimiz Mingəçevir şəhərində 9 ay ərzində görülmüş işlərə baxış keçirmək və qarşıda duarn vəzifələri müəyyənləşdirməkdir”.
     İclasın gündəliyi və reqlamenti təsdiq olunduqdan sonra 2016-cı ilin üçüncü rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov çıxış edib.
    Müzakirələrdə şəhər Maliyyə idarəsinin müdiri Samir Məmmədov, Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev, şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, ”Dövlətqaçqınkom”un Mingəçevir şəhəri üzrə nümayəndəsi Hüseyn Yusifov çıxış ediblər.
Şura iclası müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul edib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şura iclasının işinə yekun vurub.

Keçidlər